Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirilib
27.01.2023 17:29

Yanvarın 27-də Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirilib.

 

İSİM-dən Aztibb.az-a verilən məlumata görə, tədbirdə giriş sözü ilə çıxış edən İSİM-in direktor müavini Rahib Məmmədov bildirib ki, müasir dövrdə qarşıda duran ən aktual məsələlərdən biri milli səhiyyə sisteminin bütün səviyyələrində inkişafın innovativ yönümlü olması, innovasiyaları stimullaşdırmaq üçün yanaşmaların, elmi tədqiqatların hazırlanması və təşviqidir.

 

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov elmi tədqiqatların təşviqi proqramı: məqsəd və vəzifələr, o cümlədən klinik tədqiqatların təşkili və GCP sertifikasiya barədə geniş təqdimatla çıxış edib, İSİM tərəfindən həyata keçirilən sorğu və tədqiqatlar haqqında ətraflı məlumat verib.

 

2022-ci ildə Azərbaycanda aparılan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa üzrə Regional Ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı ilə bağlı çıxış edən İSİM-in İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri Lütfi Qafarov uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

 

İSİM-in əməkdaşı Səbinə Babazadə çıxış edərək, ÜST-nin qəbul etdiyi metodologiya üzrə Azərbaycanda keçirilən “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” (HBSC) və onun nəticələri barədə konfrans içtirakçılarına məlumat verib.

 

Daha sonra xarici ekspertlərin “Zoom” platforması üzərindən onlayn məruzələri dinlənilib. ÜST-nin Regional Ofisinin nümayəndəsi Dr. Mark Katz “Tədqiqatlar nəyə görə lazımdır?”, Dr. Ceyson Maknayt “Beynəlxalq jurnallardakı nəşrlərdə uğur qazanmaq üçün məsləhətlər” mövzusunda çıxış ediblər. Digər xarici ekspertlər Dr. Ceyson Doran “Kommunikasiya araşdırması”, Dr. Madelin Rocas “Vaksin effektivliyi: konsepsiya və analiz” mövzularında danışıblar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib