49 yaşlı qadının 22 il sonsuzluq sonrası əkiz övladları dünyaya gəlib  
27.01.2023 15:07
49 yaşlı pasiyentin 22 il sonsuzluq sonrası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) əkiz övladları dünyaya gəlib.
 
ETMGİ-dən Aztibb.az-a verilən xəbərə görə, hamiləliyin III trimestrində institutun Hamiləliyin patologiyası şöbəsinin müdiri, t.ü.f.d. Zinyət Muradovaya müraciət edən qadına stasionar müalicə planı təyin olunub. Hamiləlik hipertenziyası, fəsadlaşmış ginekoloji anamnez (FGA), sonsuzluq I, əkiz hamiləlik diaqnozları ilə daim nəzarətdə olan pasiyentə vəziyyəti ilə əlaqədar olaraq təcili qeysəriyyə kəsiyi təyin edilib. Z.Muradova tərəfindən əməliyyat uğurla icra olunub, biri qız və biri oğlan olan əkiz körpələr dünyaya gəliblər.
 
Azçəkili dünyaya gələn yenidoğulmuşlara Neonatologiya şöbəsinin müdiri, t.ü.f.d. Gülnarə Məmmədzadənin nəzarəti ilə intensiv palatada stasionar müayinələr icra olunub. Əmmə refleksləri zəif olan əkizlərin vəziyyəti həkim və tibbi heyətin nəzarəti ilə stabilləşib, ana südü ilə qidalanmaları normallaşıb və körpələr ailələri ilə birlikdə evə yola salınıblar.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır