Səhiyyə naziri Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə direktoru ilə görüşüb
27.01.2023 12:51

Azərbaycan Səhiyyə Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Avropa regionu üzrə direktoru Rana Karadşehlə görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a verilən xəbərə görə, görüşdə səhiyyə naziri Teymur Musayev ötən illər ərzində IFC ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

 

O, 2022-ci il dekabrın 27-də Prezident İlham Əliyev tərəfindən “Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu”nun imzalandığını xatırladıb. Bildirib ki, bu Qanun dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, eyni zamanda dövlət tərəfdaşı və özəl tərəfdaş arasında yaranan münasibətləri tənzimləyir.

 

Teymur Musayev ölkəmizdə səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

 

Öz növbəsində Rana Karadşeh ölkəmizin 1995-ci ildən Korporasiyaya üzv olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda səhiyyə sektoruna özəl investisiyaların cəlb olunması və nəticə etibarı ilə göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyətinin artırılması məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində mühüm işlər görülüb.

 

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirə aparıblar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır