Energetik içkilərin bir dəfə qəbulu belə CİDDİ ÜRƏK PROBLEMLƏRİNƏ səbəb ola bilər - Nevroloq
27.01.2023 09:56

Nevroloq, professor Nataliya Şindryaeva bildirib ki, energetik içkilərində olan stimullaşdırıcı komponentlərin təsiri orqanizmin tükənməsinə və ürəklə bağlı  ciddi problemlərin meydana çıxmasına səbəb ola bilər.

 

Aztibb.az bu barədə medikforum.ru-ya istinadla xəbər verir. 

 

"Bu içkilərin hətta bir dəfə istifadəsi aritmiya, miqren, miokard infarktı yarada bilər", - həkim bildirib.

 

N. Şindryaeva əlavə edib ki, xroniki ürək-damar problemləri olan insanlara energetik içkilərdən istifadə qadağandır.

 

Həkim həmçinin iş vaxtı gümrahlığın saxlanılması üçün mütəmadi olaraq energetik içkilərdən istifadə etməyi zərərli hesab edib. Energetik içkilər asılılıq yaradaraq vərdişə səbəb olur.

 

Professor qeyd edib ki, energetik içkilərin tərkibində yüksək dozada şəkər olduğundan onların qəbulu artıq çəkiyə səbəb olur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır