Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının iclasında 24 dissertasiya mövzusu müzakirə olunub
27.01.2023 09:50

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının 2023-cü ildə ilk iclası keçirilib. AMEA-nın vitse-prezidenti, problem şurasının sədri akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, iclasda biologiya, tibb və aqrar elm sahələri üzrə 24 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları aqrar işçi qrupu üzrə a.e.d., prof. Mustafa Mustafayev, fiziki-kimyəvi biologiya işçi qrupu üzrə b.ü.f.d. Səbinə Ömərova və tibb işçi qrupu üzrə t.ü.f.d. Aynur Safıyeva tərəfindən təqdim edilib.

 

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə problem şurasının, işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri də iştirak ediblər.

 

Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 18 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 6 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır