Tədqiqat: Çuğundur suyu əzələ gücünü əhəmiyyətli dərəcədə yaxşılaşdırır
29.01.2023 17:06

Çuğundur kimi tərəvəzlər bədəndə qan oksigenləşməsini çoxaldan və dözümlülüyü artıran nitratlarla zəngindir. İngiltərədə aparılan bir araşdırma, çuğundur suyunun əzələ gücünü əhəmiyyətli dərəcədə artırdığını göstərib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbər verir ki, Böyük Britaniyanın Exeter Universitetinin alimlərinin araşdırmasına görə, çuğundur şirəsi zülal kokteylləri və ya məşqdən əvvəl qəbul edilən digər içkilər qədər təsirlidir.

 

Tədqiqat üçün 20 yaşlarında olan on sağlam kişi araşdırılıb. İştirakçılardan təcrübəyə başlamazdan əvvəl üç gün ərzində nitratları az olan pəhrizə riayət etmələri, məsələn, yarpaqlı tərəvəzlərdən uzaq durmaları istənilib. Daha sonra komandanın yarısına nitrat tərkibli içki, digər plasebo qrupuna isə süni tozlu içki təklif edilib.

 

Tədqiqatçılar elektrik impulslarından istifadə edərək əzələ gücünü və ya əzələlərin büzüldüyü zaman göstərdikləri qüvvəni ölçüblər. Onlar müəyyən ediblər ki, iştirakçılar tərəfindən istehsal olunan əzələ gücü məşqdən əvvəl əsl içki içən qrupda yeddi faiz daha yüksəkdir.

 

Alimlər nitrat içkisini qəbul edən insanların əzələlərində nitrat səviyyəsinin, içməyənlərə nisbətən daha yüksək olduğunu aşkar ediblər. Bədəndə nitratlar əzələlərə çatan oksigen miqdarını artıraraq qan damarlarını genişləndirməyə kömək edə bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır