80 illik tibbi sirr çözülüb - Xəstəliklərə yeni yanaşma
28.01.2023 15:38

Şərqi İngiltərə Universitetinin tədqiqatçıları böyrək zədələnməsinin səbəbi olan və körpələrdə ölümlə nəticələnən 80 illik tibbi sirri öyrənə biliblər. 

 

Aztibb.az medicalxpress.com-a istinadən xəbər verir ki, araşdırma ilə bağlı nəticələr “Journal of Bone and Mineral Research” jurnalında dərc olunub. 

 

Orqanizmdə müəyyən hallardan təsirlənən D vitaminini düzgün şəkildə metabolizə olunmadıqda, qanda kalsium yığılmasına, bu da böyrək zədələnməsinə və böyrək daşlarına səbəb olur. 

 

Qeyd olunur ki, 1930-1940-cı illərdə uşaqlarda raxit xəstəliyini aradan qaldırmaq məqsədilə süd, çörək, taxıl və marqarin kimi qidaların D vitamini ilə zənginləşdirilməsindən sonra körpə ölümləri daha da artıb. 

 

Bu hal 1900-cü illərin əvvəllərində, sənayeləşmiş Avropa və Şimali Amerikada uşaqların 80 faizindən çoxunun sümük ağrısına, zəif böyümə və deformasiyaya uğramış sümüklərə səbəb olan raxitdən təsirləndiyi zaman başlayıb. 

 

Günəş işığının raxit xəstəliyinin qarşısını alması kəşfindən sonra 1930-cu illərə qədər bu xəstəliyin kökü kəsilib.  

 

“Süd məhsulları kimi qidalar da D vitamini ilə zənginləşdirilmişdi. Lakin bu, körpələrin ölümünə səbəb olduğundan belə qidalar bir çox ölkələrdə qadağan edildi”, – deyə tədqiqatçı Dr. Derl Qrin bildirib. 

 

2011-ci ildə tədqiqatçılar müəyyən etdilər ki, bəzi insanlar CYP24A1 genində mutasiya ilə doğulur, yəni D vitamini düzgün metabolizə olunmur. Bu, qanda kalsiumun yığılması ilə böyrək daşlarına, böyrək zədələnməsinə və nəticədə körpələrin ölümünə səbəb olur. 

 

Bu gün bəzi insanlar illərlə təkrarlanan böyrək daşları əməliyyatları və digər problemlərdən sonra CYP24A1 geninin mutasiyasına malik olduqlarını bilmirlər. Onlara düzgün diaqnoz qoyulmadığı üçün ömürlük problemlərlə yaşamağa davam edirlər. 

 

Belə xəstələrdə D vitamini toksikliyinin genetik səbəbləri uzun müddət diaqnoz qoyulmadan qala bilir və bəzən qadınlarda hamiləlik dövründə anaların D vitamini qəbulu zamanı baş verən pozulmalarla ortaya çıxır. 

 

Doğru diaqnozdan sonra xüsusi genetik anomaliyaları olan xəstələrdə D vitamini əlavəsindən qaçınmağı əhatə edən müalicə təyin edilir. 

 

Tədqiqatçılar hazırda xərçəng kimi digər xəstəliklərdə də gen formalarının rolunu araşdırmağı planlaşdırırlar. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır