İnfeksionist: "Risk qrupuna aid insanlar qrip mövsümünün sonuna qədər Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya oluna bilər"
26.01.2023 11:31

Mərkəzi Gömrük Hospitalında mövsümi qrip virusuna qarşı Fransanın "Sanofi Pasteur" şirkətinin istehsalı olan Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya aparılır. Qrip epidemiyaları zamanı insanların qripə yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir. Vaxigrip Tetra vaksini ilə immunlaşma zamanı 80-85% insanlarda qrip virusuna qarşı orqanizmin müdafiə gücünün yüksəldilməsi baş verir. Virusa qarşı anticisimlər vaksinasiyadan 10-15 gün sonra ən azı 1 il ərzində orqanizmdə qalır və orqanizmi qoruyur. Peyvəndin qiyməti həkim məsləhəti daxil olmaqla 50 AZN təşkil edir.

 

Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva Aztibb.az-ın Vaxigrip Tetra peyvəndinin vaksinasiyası ilə bağlı suallarını cavablandırıb:

 

- Mədinə həkim, Vaxigrip Tetra peyvəndi ilə vaksinasiyanın əhəmiyyəti barədə məlumat verərdiniz? 

 

- Hazırda tək COVID-19 deyil, influenza virusu ciddi problem törədir. İnfluenza virusu tərəfindən törədilən qrip ağırlaşmalar verə bilən bir xəstəlikdir. Qrip sonrası sinusit, otit, pnevmoniya kimi ciddi bakterial ağırlaşmalar da çox müşahidə edilir. Yaşlılar, şəkərli diabet, qaraciyər, böyrək çatışmazlığı olan, orqan transplantasiyası edilən xəstələr, ciddi immunsupresif müalicə alanlar  qrip infeksiyasının ağırlaşması üçün risk qrupundadırlar. Mərkəzi Gömrük Hospitalında mövsümi qrip virusuna qarşı Fransanın "Sanofi Pasteur" şirkətinin istehsalı olan Vaxigrip Tetra qripdən və onun ağırlaşmalarından qorunmağın ən effektiv vasitəsi 4-lü qrip əleyhinə  peyvənddir. 

 

Vaxigrip Tetra peyvəndi qripə tutulmanın qarşısını alır və qriplə əlaqədar xəstəxanaya yatma riskini azaldır. Bundan başqa, qrip infeksiyasının ağırlaşması üçün risk qrupu olan yaşlıların, hamilələrin, şəkərli diabet, qaraciyər, böyrək çatışmazlığı olanların, orqan transplantasiyası edilən xəstələrin, ciddi immunsupresif müalicə alanların ağırlaşma və xəstəxanaya yatma riskini azaldır.

 

- Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya nə zaman edilməlidir?

 

- Bu peyvənd qrip mövsümü başlamadan öncə, payızın əvvəllərində vurulmalıdır. Lakin insan qrip tutmamışsa və risk qrupundadırsa qrip mövsümünün sonuna qədər Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya oluna bilər. İldə bir dəfə Vaxigrip Tetra peyvəndi təkrar vurulmalıdır. Vaxigrip Tetranın hər il təkrarlanmasının 2 səbəbi vardır. Birinci səbəb peyvəndə bağlı immunitet zaman keçdikcə zəifləyir. İkinci səbəb isə qripə səbəb olan influenza virusu çox tez-tez mutasiyaya səbəb olur. Bu səbəbdən hər il yeni Vaxigrip Tetra əvvəlki mövsümdə görülən və epidemiyaya səbəb olan alt qruplar nəzərə alınaraq hazırlanır.

 

- Mədinə həkim, Vaxigrip Tetra peyvəndi hansı qrup insanlar üçün əks-göstərişdir?

 

- Vaxigrip Tetra peyvəndi 6 aydan kiçik uşaqlar, yumurta allergiyası olanlar, eləcə də daha öncə qrip peyvəndinə qarşı allergik reaksiyası olanlar üçün əks-göstərişdir. Həmçinin yüksək qızdırmalı xəstəlik zamanı bu peyvənd ilə vaksinasiya etmək məsləhət görülmür.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub