Ömrünün 20 ilini Şəmkir Rayon Mərkəzi Xəstəxanasına bağlayan cərrah - Samir Namazov
29.01.2023 10:38
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti qonağı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Samir Namazovdur.
 
Samir Nizami oğlu Namazov 7 iyun 1978-ci ildə Şəmkir rayonunda anadan olub. 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2003-cü ildə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.
 
O, 2003-cü ildə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-cərrah vəzifəsində çalışıb. 2018-ci ildən Şəmkir RMX-nın Cərrahiyyə şöbəsinin müdiridir.
 
Samir Namazov II Qarabağ müharibəsi dövründə göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən təşəkkürnamə ilə təltif olunub. Həmçinin Türkiyə Cümhuriyyətinin Səhiyyə Nazirliyi, Şəmkir rayon Gənclər və İdman İdarəsi, Şəmkir rayon İcra Hakimiyyəti, Şəmkir rayon Gənc Həkimlər Birliyi və Şəmkir rayon Heydər Əliyev Mərkəzi tərəfindən Fəxri fərmanlara layiq görülüb. 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır