Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən maarifləndirici tədbir keçirilib
24.01.2023 10:15

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin ofisində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən maarifləndirici tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin Bərpa və yenidənqurma departamentinin müdiri Yalçın Məmmədov çıxış edərək ilan zəhərlənmələri, həşərat dişləmələri, o cümlədən müxtəlif zədələnmələr zamanı ilk tibbi yardımın göstərilməsi mövzusunun kifayət qədər aktual olduğunu bildirib. O, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalı ilə əməkdaşlıqdan məmnun olduğunu deyərək, maarifləndirici tədbirlərin davamlı xarakter daşıyacağına inamını ifadə edib.

 

Daha sonda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin həkimi Cavad Cabbarov və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin əməkdaşı, təlimçi-instruktor Hüseyin Qasımov həkimə qədər ilk tibbi yardım, ilan, əqrəb, hörümçək və həşərat sancmaları, eləcə də müxtəlif zəhərlənmələr zamanı ilk tibbi yardım mövzusunda təqdimatlarla çıxış ediblər.

 

Tədbir zamanı nəzəri məlumatlarla yanaşı, iştirakçıların praktiki bacarıqları da inkişaf etdirilib. Belə ki, iştirakçılar öyrəndikləri nəzəri məlumatları təcrübədə tətbiq ediblər.

 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır