44 yaşlı qadın 13 il sonsuzluq sonrası üçəm dünyaya gətirib 
24.01.2023 09:08
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəzə 44 yaşlı Abşeron rayon sakini 31-32 həftəlik üçdöllü hamiləliklə daxil olub. Anesteziologiya-reanimasiya şöbəsinə yerləşdirilən pasiyentə 13 il sonsuzluq, vaxtından əvvəl doğuş qorxusu, xroniki tromboflebitin kəskinləşməsi, artroz, ağır dərəcəli anemiya diaqnozu qoyulub.
 
Aztibb.az Perinatal Mərkəzə istinadla xəbər verir ki, Anesteziologiya-reanimasiya şöbəsinin müdiri Elmar Süleymanovun müalicəsi ilə ağır durumdan çıxmış qadın hamiləliyin Patologiya şöbəsində müalicəsini davam etdirib. 33-34 həftəsində cərrahi doğuşdan 2 qız və oğlan uşağı doğulub.
 
1300, 1700, 1900 qram çəkidə doğulmuş üçəmlər Neonatal reanimasiya və intensiv terapiya, Xəstə və yarımçıq doğulmuşlar şöbəsində müalicə alaraq 1975, 2250, 2300 qram çəki ilə evə yazılıblar.
 
Rop müayinə, audiometriya müayinəsi, nevroloji və somatik durumları normal olub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır