Dırnaq boyası quruducularında xərçəng riski: Hüceyrə DNT-sini parçalayır
23.01.2023 16:08

ABŞ alimləri ultrabənövşəyi şüalarla işləyən dırnaq boyası qurutma cihazlarının sağlamlığa zərərli olduğunu açıqlayıblar.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, San Dieqo Universitetinin tədqiqatçıları hüceyrə DNT-sini pozan bu cihazların dəri xərçənginə səbəb ola biləcəyini bildiriblər.

 

Alimlər diqqəti dırnaq lakını qısa müddətdə qurutmaq üçün istifadə edilən ultrabənövşəyi cihazlara yönəldiblər. Laboratoriya testlərində 20 dəqiqə istifadədə yüzdə 30 hüceyrə ölümü təsbit edilib. Ardıcıl üç dəfə 20 dəqiqəlik seansdan sonra hüceyrə ölümünün 70 faizə çatdığı bildirilib.

 

Tədqiqatçıların fikrincə, ultrabənövşəyi şüalar da sağ qalan hüceyrələrdə mutasiyaya səbəb olur. Hüceyrə DNT-sindəki bu dəyişikliklərin dəri xərçəngində görülənlərə oxşar olduğu qeyd edilir.

 

"Nature Communications" jurnalında ilk dəfə dırnaq boyası qurutma cihazlarının sağlamlığa təsiri ilə bağlı məqalə dərc edilib.

 

ABŞ alimləri bildirirlər ki, dırnaq boyası quruducuları solariumlarda istifadə edilən şüalayıcı çarpayılara bənzər təsir göstərir. Bununla belə, dırnaq boyası qurutma maşınlarının aşağı gücdə işlədiyi və şüalara məruz qalma müddətinin qısa olduğu vurğulanır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır