Mərkəzi Gömrük Hospitalında qripə qarşı Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya aparılır
23.01.2023 10:42

Mərkəzi Gömrük Hospitalında mövzümi qrip virusuna qarşı Fransanın "Sanofi Pasteur" şirkətinin istehsalı olan Vaxigrip tetra 0,5 ml N 1 peyvəndi ilə vaksinasiya aparılır.

 

Hospitaldan Aztibb.az-a verilən məlumata görə, qrip epidemiyaları zamanı insanların qripə yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir. Vaxigrip Tetra vaksini ilə immunlaşma zamanı 80-85% insanlarda qrip virusuna qarşı orqanizmin müdafiə gücünün yüksəldilməsi baş verir. Virusa qarşı anticisimlər vaksinasiyadan 10-15 gün sonra ən azı 1 il ərzində orqanizmdə qalır və orqanizmi qoruyur. Peyvəndin qiyməti həkim məsləhəti daxil olmaqla 50  AZN təşkil edir.

 

Son yüzillikdə bir çox xəstəliklərin zərərini vaksinlər vasitəsilə azaltmaq mümkün olmuşdur. Peyvəndlərin vaxtında və düzgün aparılması xəstəliklərin profilaktikasında önəmli yer tutur. Vaxtında vurulmuş peyvəndlər Sizi və övladlarınızı ən ciddi xəstəliklərdən, eləcə də həmin xəstəliklərin fəsadlarından qorumuş olur. Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində həm azyaşlılara, həm də böyüklərə bu peyvəndi tətbiq etmək olar. 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib