Fitoterapevtdən mədəaltı vəzi xəstəlikləri üçün ÇARƏLƏR 
23.01.2023 09:26
Mədəaltı vəzi və ya pankreas, adından göründüyü kimi mədənin altında yerləşən və 100 qrama qədər çəkisi olan bir orqandır. 100 qram olmağına baxmayaraq çox böyük bir işin öhdəsindən gəlir. Mədəaltı vəz yağların, zülalların, karbohidratların parçalanması üçün xüsusi maddələr ifraz edir.
 
Mədəaltı vəzinin istehsal etdiyi maddələr öd axacağına tökülür və öd şirəsi ilə qarışmış halda həzmdə iştirak edir. Bu səbəbdən də mədəaltı vəzidə problem əmələ gələndə ilk növbədə öd kisəsi və öd yollarının vəziyyətinə baxılmalıdır. Öd yollarının daşla tutulması zamanı nə öd, nə də mədəaltı vəzin şirəsi onikibarmaq bağırsağa axa bilmir və şirə mədəaltı vəzin özünü yandırır, nəticədə mədəaltı vəzin iltihabı – pankreatit baş verir.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
 
Həkimin sözlərinə görə, xəstəliyin müalicəsinə öd və öd yollarının təmizlənməsindən başlanılmalıdır. Artıq pankreatit baş verdikdə mədənin alt nahiyəsində şiddətli kəmərvari ağrılar, yeməkdən sonra isə köpmə, ağrı və ürəkbulanma əmələ gəlir. Temperatur arta bilir, arıqlama və təzyiqin düşməsi müşahidə olunur.
 
"Bu zaman ilk növbədə alkoqol və siqaret qəbulu dayandırılmalıdır, asan həzm olunan yeməklərə üstünlük verilməlidir. Kəskin pankreatitdə ən yaxşı müalicə üsulu oruc tutmaqdır, çünki mədə boş olan zaman pankreas şirə ifraz etmir, bir növ istirahət edir və bu da yanmış toxumanın regenerasiya, yəni bərpaolma prosesini sürətləndirir. Mədəaltı vəz iltihabının qarşısını alan və regenerasiya qabiliyyətini artıran çoxlu dərman bitkiləri var".
 
F.Hüseynov mədəaltı vəz iltihabı üçün bitkilər də təqdm edib:
 
1.Tərkibi insulinlə zəngin olan bitkilər, məsələn, atpıtrağı, andız kökləri, udi-hindi və zəncirotu kökləri istifadə olunur. Bitki köklərinin hərəsindən 100 qram bir-birinə qarışdırılır, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda dəmlənir, süzülür, termosa tökülür, gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 stəkan içilir.
 
2.Boymadərən otu, gülümbahar çiçəyi və solmazçiçəyinin hərəsindən 100 qram götürülür, sonra hərəsindən 1 desert qaşığı (orta xörək qaşığı) götürüb 3 stəkan suda dəmlənir, gündə 3 stəkan yeməkdən 50 dəqiqə əvvəl 1 stəkan içilir.
 
3.3 ədəd qoz sındırılaraq içi çıxarılır əl ilə təxminən noxud böyüklüyündə parçalanır, 1 xörək qaşığı yulaf toxumu ilə 200 qram suda 20 dəqiqə dəmlənir və gündə 3 dəfə acqarına içilir.
 
"Yaxşı olar ki, mədəaltı vəzisində iltihab olanlar adi qara çaydan istifadə etməsinlər, yaşıl çay içsinlər və hər dəfə çaya bir çimdik zəncəfil tozu qarışdırsınlar", - deyə həkim əlav əedib. 
 
Bəzi hallarda öd daşlarının müalicəsində istifadə olunan “ERCP metodunun” tətbiqi zamanı pankreatit baş verə bilir, bu üsulu çox bacarıqlı bir mütəxəssis tətbiq etməlidir.
 
Çiy su bol-bol içilməlidir, yağlı və qızardılmış yeməklər menyudan çıxarılmalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır