Qulağınızda bu xətlər varsa, diqqətli olun! Ölümün xəbərçisi ola bilər...
22.01.2023 20:15

Qulağınızın üzərində olan Frank xətti adlanan xətt ürəyinizdə bir problem olduğuna və ya ola biləcəyinə işarədir. 

 

Aztibb.az ensonhaber.com-a istinadən xəbər verir ki, 40-dan çox tədqiqat qulağın bu xüsusiyyəti ilə aterosklerozun artması arasında əlaqə olduğunu göstərir. 

 

Frank xətti qulaqdakı traqus dediyimiz quruluşdan qulaq dibinə qədər diaqonal olaraq 45 dərəcə bucaq altında olan qırışdır. Bir çox araşdırma Frank xətti ilə ürək xəstəliyi arasında əlaqə olduğunu sübut edib. 

 

İsraildə aparılan araşdırma nəticəsində insult keçirən insanların 73,2 faizində və beyinə qan axını ilə bağlı problem yaşayan xəstələrin 88,6 faizində Frank xətti aşkar edilib. 

 

Qulaqdakı qırış adətən 45 dərəcə bucaq əmələ gətirir və diaqonal olaraq geriyə doğru gedir. Qulaq dibindəki qırış həmişə ürək xəstəliyinin əlaməti olmasa da, mütəxəssislər həkimə müraciət etməyi məsləhət görürlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır