Uşaqlıq boynu xərçəngi hər iki dəqiqədə bir can alır
22.01.2023 19:46

Uşaqlıq boynu xərçənginin səbəbi insan papilloma virusu (HPV) adlı cinsi yolla keçən bir virusdur. HPV infeksiyalarının çoxu immun sistemi tərəfindən təmizlənir. 

 

Lakin uşaqlıq boynu hüceyrələrində yüksək riskli onkogen HPV növlərinin yaratdığı displastik zədələnmələr erkən diaqnoz qoyulub müalicə olunmazsa, uşaqlıq boynu xərçənginə çevrilir. 

 

Aztibb.az haberturk.com-a istinadən xəbər verir ki, uşaqlıq boynu xərçəngi döş və kolorektal xərçəngdən sonra ən çox görülən üçüncü növ xərçəngdir. Dünyada hər 2 dəqiqədə 1 qadının uşaqlıq boynu xərçəngindən dünyasını dəyişdiyini bildirən Dr. Duygu Gencer risk faktorlarını sadalayıb. 

 

Bu xərçəng növü üçün əsas risk faktorları HPV infeksiyası, xüsusilə erkən cinsi əlaqə, çoxlu sayda doğum, qeyri-düzgün gigiyena, aşağı sosial-iqtisadi səviyyə, siqaret çəkmə, düzgün qidalanmama, xüsusilə vitamin C, A, beta karotin və folat çatışmazlığı, xlamidiya kimi digər cinsi yolla ötürülən infeksiyalardır. 

 

Xəstəlik 20-li yaşlarda yüngül hüceyrə displazisi ilə başlayır və 40-dan sonra xərçəng mərhələsinə çatır. Buna görə də, lezyonları xərçəng mərhələsinə çatmadan adi ginekoloji müayinə mütləqdir. Müalicəni planlaşdırarkən digər vacib amil xəstənin uşaq sahibi olmaq istəyib-istəməməsidir. Xəstəlik xərçəngdən əvvəlki mərhələdə və ya erkən mərhələdə aşkar edilərsə və gələcəkdə uşaq istəyi olarsa uyğun xəstələrdə əməliyyat uşaqlıq və yumurtalıqların saxlanılması ilə aparılır.  

 

Erkən diaqnoz üçün müntəzəm ginekoloji nəzarət məsləhətdir. Xərçəngdən qorunmaq üçün HPV peyvəndi ilə yanaşı, immunitet sistemini gücləndirmək üçün mütəmadi olaraq idman etmək, sağlam qidalanmaq, siqaret çəkməmək, cinsi yolla bulaşan infeksiyalardan qorunmaq vacibdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır