COVID-19 əleyhinə vaksinlər effektiv və təhlükəsizdir - ÜST
21.01.2023 14:30

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri xatırladırlar ki, COVID-19 əleyhinə vaksinlər effektivdir, təhlükəsizdir və insan həyatını xilas etməyə kömək edirlər.

 

Bu gün dünyada bir çoxları COVID-19 əleyhinə peyvənd olunmaqda zərurət görmürlər, çünki hesab edirlər ki, vaksinlər yoluxma və virusun ötürülməsinin qarşısını almır.

 

Aztibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla məlumatına görə, ÜST-nin immunizasiya və vaksinasiya üzrə direktoru Keyt O’Brayen Cenevrədə keçirilən mətbuat konfransında çıxış edərək, jurnalistləri əmin edib ki, peyvəndlər xəstəliyin ağır gedişi, xəstəxanaya yerləşdirilmə və ölümün qarşısını effektiv şəkildə alır. O, bəzi KİV və sosial şəbəkələrdə yayılan dezinformasiyaya uymamağa çağırıb.

 

“Maksimal effektə nail olmaq üçün bütün tövsiyə olunan dozaların tətbiq edilməsi lazımdır, – deyə o izah edib. – Bu, xüsusilə risk qruplarına aiddir”. Bu qruplara 60 yaşdan yuxarı olan insanlar, xroniki xəstəliklərdən əziyyət çəkən insanlar, zəifləmiş immun sistemi olan pasiyentlər, hamilə qadınlar və tibb işçiləri daxildir.

 

MRNA texnologiyasına əsaslanan vaksinlərin yan təsirinə gəldikdə, O’Brayanın sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı daxil olan məlumatı təhlil edib, insult halları və xüsusilə də “Pfizer” şirkətinin istehsal etdiyi vaksinin buster dozasının tətbiq edilməsi arasında heç bir əlaqə aşkar etməyib.

 

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi izah edib: “Çox nadir hallarda” peyvənd miokardit – ürək əzələsinin iltihabı kimi yan təsirə səbəb ola bilər. Lakin, birincisi, bir qayda olaraq, söhbət yüngül formadan gedir, ikincisi isə xəstəlik müalicə olunur.

 

ÜST hesab edir ki, COVID-19 əleyhinə vaksinin tətbiqindən fayda mümkün riski üstələyir. Bu səbəbdən təşkilatın ekspertləri koronavirus infeksiyasına qarşı peyvənd olunmağa və tövsiyələrə uyğun olaraq əlavə, buster dozalarını tətbiq etməyə çağırırlar.

 

Koronavirusun XBB 1.5 alt variantına qarşı mövcud olan vaksinlərin effektivliyi ilə bağlı heç bir məlumat yoxdur. Onlar daxil olan kimi, təşkilatın ekspertləri onları tədqiq edərək, rəylərini ictimaiyyətə təqdim edəcəklər.

 

Doktor О‘Brayen xatırladıb ki, 2021-ci ildə 25 milyon uşaq yayılmış təhlükəli infeksiyalara qarşı bir dənə də olsun vaksin dozası almamışdı. Cari ildə ÜST ötürülmüş vaxtın yerini doldurmaq üçün səyləri aktivləşdirmək niyyətindədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır