20 Yanvar faciəsinin ildönümü Xətai Tibb Mərkəzində qeyd edilib
20.01.2023 15:22

Bu gün Xətai Tibb Mərkəzində 20 Yanvar şəhidlərini anma mərasimi keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzdən məlumat verilib.

 

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra Xətai Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyev çıxış edərək bildirib ki, 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb: "Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib”.

 

Tədbirdə çıxış edən həkim-terapevt Tofiq Şıxəliyevə 20 Yanvar hadisəsini xalqımızın şanlı tarixi adlandırıb. Qeyd edib ki, həmin günlər qanla yazılsa da, həm də şərəfli tariximizdir.


Digər çıxış edənlər bildiriblər ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda öz canından keçən bütün şəhidlərimizin yolu gələcək nəsillərə nümunədir.

 

Tədbir tibb mərkəzinin rəhbərliyi və kollektivinin Şəhidlər xiyabanını ziyarəti ilə başa çatıb.


ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib