Tramp koronavirusa yoluxması səbəbindən hərbi hospitala yerləşdirildi
03.10.2020 10:11

ABŞ Prezidenti Donald Tramp koronavirusa yoluxması ilə əlaqədar həkimlərin tövsiyəsilə hərbi hospitala yerləşdirilib.

 

ABŞ lideri Merilend ştatında yerləşən “Walter Reed” hərbi hospitalında müalicəsini davam etdirəcək.

 

Koronavirusa yoluxan ABŞ Prezidenti Donald Tramp bir neçə gün “Walter Reed” hərbi hospitalda müalicə alacaq.

 

Aztibb.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Kaylet Makinani deyib.

 

Trampda yeni virusun yüngül simptomlar müşahidə edildiyini deyən mətbuat katibi prezidentin yaxşı əhval-ruhiyyədə olduğunu, hətta bütün günü işlədiyini vurğulayıb. “Prezidentin iştirakı ilə keçirilən bütün seçkiqabağı tədbirlərin təxirə salınmasına və ya onlayn formatda keçirilməsinə qərar verilib”.

 

Qeyd edək ki, Tramp cümə günü həyat yoldaşının və özünün koronavirus testinin müsbət olduğunu söyləyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub