"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
19.01.2023 16:57

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında paytaxtda və regionlarda fəaliyyət göstərən peşəkar həkimlərimizi tanıtmaqda davam edir.

 

Rubrikada bu dəfə Bərdə Rayon Mərkəzi Xəstəxanasının təcrübəli həkimi Qnyaz Məmmədov haqqında məlumatları diqqətə çatdırırıq.

 

Qnyaz Vəli oğlu Məmmədov 1988-ci ilin avqustunadək Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinin Reanimasiya şöbəsində anestezioloq-reanimatoloq, daha sonra həmin şöbənin müdiri vəzifəsində işləyib. Həkim kimi 1993-1995-ci illərdə hərbi xidmətdə çalışıb. 1995-ci ildə hərbi xidmətdən qayıdaraq reanimatoloq kimi fəaliyyətini davam etdirib. 2004-cü ildən TSEK-də cərrah vəzifəsində çalışıb.
 
O, 2015-ci ildən Bərdə RMX-ın Reanimasiya şöbəsində anestezioloq, xəstəxananın 2016-2022-ci illərdə  müalicə işləri üzrə müavini işləyib. Hazırda ARIT şöbəsinin müdiri kimi fəaliyyət göstərir.
 
Peşəkar həkim Bərdə ilə yanaşı, ətraf rayonlardan da daxil olan ağır xəstələrin həyatını xilas edir, vətəndaşların sağlamlığının keşiyində məsuliyyətlə dayanır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır