Biofizik alimlər 20 Yanvar şəhidlərinin xatirəsini anıblar
19.01.2023 16:15

Biofizika İnstitutunda müəssisənin Yeni Azərbaycan Partiyası (YAP) özək təşkilatının və Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, tədbirdə ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Giriş sözü ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov 20 Yanvar faciəsinin mahiyyətindən söz açaraq qan yaddaşımız ilə bağlı  həqiqətlərin indiki və gələcək nəsillərə çatdırılmasının önəmini vurğulayıb.

 

Sonra institutun GAMŞ üzvü, Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının elmi işçisi Aidə Məmmədzadə 20 Yanvar faciəsinə həsr olunmuş təqdimatla çıxış edərək 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələr haqqında ətraflı məlumat verib. Bildirib ki, Qanlı Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır