VACTERL sindromu ilə doğulan körpə sağlamlığına qovuşub 
19.01.2023 14:19

VACTERL sindromu ilə doğulan körpə olduqca ağır vəziyyətdə Səhiyyə Nazirliyinib K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, körpəyə VACTERL sindrom, V (vertebra) - onurğa sütununda olan hər hansı bir defekt, A (atreziya) - qida borusunun hissəvi atreziyası, anusun atreziyasi, yəni olmaması, C (cor) - ürəyində qulaqcıqlar və mədəciklər arası defekt, T (traxeoezofaqial fistul) - traxeyanın qida borusuna birləşməsi ilə olan qüsur, R (renal) - bir böyrəyin anadangəlmə multikistozu və L (limp) - ətrafların qüsuru diaqnozları qoyulub.


Körpə uğurla əməliyyat olunub. Ailənin yaşayacağına heç inamı olmadığı körpənin tənəffüsü rahat, huşu aydın, əmziklə qidalanır, ciyərləri təmiz , fizioloji aktlar sərbəst adekvatdır. Onun sağlamlığına qovuşmasında Yenidoğulanların reanimasiya şöbəsinin müdiri Xalidə Mustafayeva, müalicə həkimi Günay Salehova və həkim-cərrah Sabir Novruzovun böyük rolu olub.

 

Bir ay planlı intensiv müalicələrdən sonra körpə sağ-salamat evə yola salınıb.



 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib