İSİM-də Pediatrik Təkmil Həyata Dəstək təlim kursu keçirilib
18.01.2023 23:45

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Pediatrik Təkmil Həyata Dəstək (PALS) təlim kursu keçirilib.

 

İSİM-dən Aztibb.az-a verilən xəbərə görə, təlimin təşkilində məqsəd tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

 

Amerika Ürək Assosiasiyasının (AHA) İSİM-də yerləşən rəsmi təlim məkanında keçirilən ikigünlük təlim zamanı iştirakçılara tənəffüs çatışmazlığının diaqnostikası və müalicəsi, təxirəsalınmaz vəziyyətlər zamanı istifadə olunan dərmanlar, uşaqlarda aritmiyalar, şok senariyaları və intraosseoz yolun təmin edilməsi, ürək dayanması və respirator çatışmazlıq hallarının vaxtında aşkar edilməsi mövzuları barədə geniş məlumat verilib. Həmçinin bu istiqamətdə praktik tətbiqetmə-simulyasiya təcrübələri həyata keçirilib.

 

Təlimlər İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Könül İsmayılova tərəfindən aparılıb.

Təlim Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və 12 DTT kredit balı ilə qiymətləndirilib.

 

Qeyd edək ki, Pediatrik Təkmil Həyata Dəstək (PALS - Pediatric Advanced Life Support) Amerika Ürək Assosiasiyası/Amerika Kardiologiya Cəmiyyəti və Amerika Pediatriya Akademiyası tərəfindən tibb mütəxəssislərinin davamlı tibbi təhsil və praktik vərdişlərinin təkmilləşdirilməsi üçün hazırlanmış təlimdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır