9 il sonsuzluq sonrası dünyaya gələn əkizlər sağlam şəkildə evə yola salınıb - Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu  
18.01.2023 16:40
9 il sonsuzluq sonrası hamiləliyin 34-cü həftəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda dünyaya gələn əkizlər sağlam şəkildə evə yola salınıb.
 
İnstitutdan Aztibb.az-a bildirilib ki, hamiləliyin 28-ci həftəsində təcili şəkildə vaxtından əvvəl doğuş təhlükəsi ilə müəssisəyə gətirilən qadın Hamiləliyin Patologiyası şöbəsinin müdiri, t.ü.f.d. Zinyət Muradova tərəfindən müayinə olunduqdan sonra stasionar müalicə üçün şöbəyə hospitalizasiya olunub. Uşaqlıq boynunun çatışmazlığı (istmiko-servikal çatışmazlıq), vaxtından əvvəl doğuş təhlükəsi ilə stasionar müalicə planı təyin olunan qadının hamiləliyi həkim nəzarəti altında 34-cü həftəyə qədər çatdırılıb. Şüa-diaqnostika üzrə həkim Təranə Kərimova tərəfindən daimi şəkildə anaya ultrasəs müayinə icra olunub, vaxtında təyin olunan düzgün diaqnozlar ilə müalicə planı təyin edilib.
 
Vəziyyəti ilə əlaqədar Z.Muradova tərəfindən təcili qeysəriyyə kəsiyi icra olunub. Fəsadsız keçən əməliyyatdan sonra çəkisi 1900 qram, cinsi qadın olan ilk körpə, çəkisi 2060 qram, cinsi qadın olan ikinci körpə dünyaya gəlib. Əkizlər daimi şəkildə Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiyası şöbəsinin həkim-neonatoloqu Günel Xəlilova, şüa-diaqnostika üzrə həkim T.Kərimova və tibbi heyətin nəzarəti altında olub.
 
Vaxtından əvvəl doğulma, doğuş zamanı az bədən çəkisi diaqnozları ilə dünyaya gələn əkizlərdən birinin heç bir reanimasion tədbirə ehtiyacı olmayıb. Çəkisi 1900 qram olan yenidoğulmuşun vəziyyəti təxminən 10 günlük stasionar müalicə planı ilə normallaşıb.
 
Uğurlu müalicə taktikasından sonra əkizlər ailəsi ilə birlikdə evə yola salınıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır