Dodaq uçuqlaması herpes virusunun əlamətidir
18.01.2023 09:16

“Qorxmuşam, dodağım uçuqlayıb”, “Mənə soyuq dəyəndə dodağım uçuqlayır”. Bu sözləri tez-tez ətrafınızdakı insanlardan eşidirsiniz. Müxtəlif səbəblər gətirdiyimiz dodaq uçuqlaması isə əslində herpesin əlamətidir.

Aztibb.az Referans Medical Group-a istinadla xəbər verir ki, birinci və ikinci tip virusların ümumiləşmiş adı “adi herpes virusudur”, belə ki, onlar bir-birilərinə xarakterik olan nahiyələri zədələyə bilir.

Herpes simplex virusu- daha çox herpes kimi tanınan bu virus, iki növə bölünür: Herpes tip 1 (HSV-1 və ya oral herpes) və Herpes tip 2 (HSV-2 və ya genital herpes).

HSV-1 zamanı yaralar daha çox ağız ətrafında və dodaqlarda, HSV-2 ilə yoluxma zamanı, yaralar adətən genital və anal nahiyədə olur.

Dodaqda yaranmış herpes yayılaraq ağız boşluğunun selikli qişasını da iltihablandıra bilər (stomatit). Buna çox vaxt uşaqlarda rast gəlinir. Herpetik stomatitin herpetik anginaya keçməsi də mümkündür. Yenidoğulmuş körpələrdə virusla gözlərin və hətta baş beynin zədələnməsi rast gəlinən hallardandır (herpetik meningit).

Herpesin diaqnostikası aşağıdakı laborator müayinələrlə aparılır:

-seroloji metodlar
-PZR (virusun genetik materialının aşkarlanması).

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır