Polis orqanlarının əməkdaşları üçün ilkin yardım təlimləri başa çatıb
17.01.2023 23:01

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Daxili İşlər Nazirliyinin (DİN) birgə əməkdaşlığı çərçivəsində polis orqanlarının əməkdaşları üçün “TƏBİB gələnə qədər” adlı layihə çərçivəsində ilkin yardım təlimləri başa çatıb.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, "Yeni Klinika"da baş tutan təlimlərə 320 nəfər cəlb edilib. Bu gün onlardan 75 nəfəri sertifikatla təltif olunub. Sertifikatlar həm nəzəri, həm də praktiki bilik və bacarıqlara əsasən təqdim olunub.

 

Təlimlərin davamlı olması nəzərdə tutulub.

 

Qeyd edək ki, təlimlərin əsas məqsədi yol-nəqliyyat hadisələri zamanı təcili tibbi yardım briqadası gələnə qədər polis əməkdaşları tərəfindən zərərçəkənlərə ilkin yardımın göstərilməsi və baş verə biləcək ağırlaşma, ölüm risklərinin azaldılmasından ibarətdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib