Mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin ƏLAMƏTLƏRİ
22.01.2023 09:32
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 1 saylı Ailə Sağlamlıq Mərkəzinin həkim-terapevti Gülnarə İbrahimova mədə və onikibarmaq bağırsağın xora xəstəliyi barədə Aztibb.az-a qısa məlumat verib.
 
Həkim bildirib ki, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi orqanın selikli qişasından qüsurun - xoranın əmələ gəlməsi ilə nəticələnən xroniki residivləşən xəstəlikdir. Xoranın əmələ gəlməsinə psixoemosional gərginlik, qeyri-düzgün qida rejimi, qida ilə bərabər çoxlu ədviyyat qəbulu, konservatların istifadə edilməsi, nəzarətsiz və əsassız dərman qəbulu kimi amillər şərait yaradır.
 
Gülnarə İbrahimovanın sözlərinə görə, xəstəliyin daha çox yayılmış əlamətləri döş sümüyü altında ağrılar, ürəkbulanma, qusma, qıcqırmadır. Ağrılar, adətən, qida qəbulu ilə bağlıdır, 30-40 dəqiqə əvvəl (erkən ağrılar) və ya 1,5-2 saat sonra (gecikmiş ağrılar) yaranır. Gecikmiş ağrılar onikibarmaq bağırsaq xoraları zamanı baş verir.
 
"Xəstəlik müalicə edilmədiyi halda mədə qanaxması, xoranın deşilməsi, başqa orqanlara yayılması, hətta onkoloji xəstəliyin inkişaf etməsi kimi ciddi fəsadlar yarana bilər. Bu xəstəliyin inkişafının qabağını almaq üçün, ilk növbədə pəhrizin gözlənilməli və qida rejiminə xüsusi diqqət yetirilməlidir", - deyə o, bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır