Lənkəran Regional Perinatal Mərkəzin fəaliyyətə başlamasından bir il ötür
16.01.2023 22:48

Bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasının tabeliyindəki Lənkəran Regional Perinatal Mərkəzin fəaliyyətə başlamasının bir ili tamam olur.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, bu münasibətilə keçirilən tədbirdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev müəssisənin tibb personalını və gələn qonaqları salamlayıb. Bir il ərzində qazanılan nailiyyətlərdən danışan A.Kəlbiyev son illərdə icbari tibbi sığorta sisteminə keçiddən sonra səhiyyə sistemində aparılan islahatlardan, bu sahədə mövcud problemlərin əsaslı surətdə həllindən, Perinatal Mərkəzin ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yenicə göz açan körpələrə yüksəkixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərməsindən bəhs edib. O, mərkəzin binasının ən son tələblərə cavab verən tibb müəssisəsi kimi layihələşdirilərək yenidən qurulduğunu bildirib.

 

Tədbirdə çıxış edən qonaqlar Mərkəzin fəaliyyətini yüksək qiymətləndirərək, regionda bu tip müəssisələrin yaradılmasını hamilə qadınlara və dünyaya gələn körpələrə dövlət qayğısının təzahürü kimi dəyərləndiriblər.


Bildirilib ki, mərkəx direktor Nuridə Məmmədovanın rəhbərliyi altında ilklərə imza atmaqda davam edir. Belə ki, UNİCEF və TƏBİB-in birgə əməkdaşlığı çərçivəsində "Körpə Dostu Klinikası Təşəbbüsü" layihəsi üzrə növbəti yekun toplantıda Lənkəran Regional Perinatal Mərkəz respublika üzrə birinci yeri tutub. Həmçinin “Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsinin icrasına Lənkəran Regional Perinatal Mərkəzin seçilməsi regionda tibb müəssisəsinin nüfuzunun getdikcə artmasının təzahürüdür.

 

Sonda Mərkəzin direktoru Nuridə Məmmədova çıxışında tibb müəssisəsində yaradılan şəraitə və diqqətə görə direktor A.Kəlbiyevə təşəkkürünü bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır