Havaların kəskin dəyişməsi mədə-bağırsaq xəstəliklərinin artmasına səbəb olur - Terapevt
16.01.2023 14:40
Bu dövrdə mədə xorası, öd daşı, kron xəstəliyi mədə-bağırsaq xəstəlikləri arasında çox yayılır və üstünlük təşkil edir.
 
Aztibb.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkim-terapevti Afət Zeynalovanın sözlərinə görə, havaların kəskin dəyişməsi mədə-bağırsaq xəstəliklərinin artmasına da gətirib çıxarır:
 
“Qrip virusunun çoxalması səbəbi ilə bağırsaq xəstəlikləri daha kəskin şəkildə özünü göstərir. Bu xəstəliklər özünü gəyirmə, mədə qıcqırması, ishal, bəzi vaxtlarda isə qanlı ishalın olması ilə müşahidə edilir. İlk növbədə bu simptomlu xəstələr həkimə müraciət etməli, diaqnozu dəqiqləşdirilməlidir. Qanın ümumi analizi, rentgen, ultrasəs, endoskopiya və bir neçə müayinənin nəticələrindən asılı olaraq xəstəyə müalicə yazılmalıdır”.
 
Mədə-bağırsaq xəstəliklərinin digər bir səbəbinin də qış aylarında qidalanmanın pozulması ilə bağlı olduğunu bildirən A.Zeynalova allergiyaların da payız, qış aylarında artmasını istisna etmir:
 
“Qış aylarında ət və ət məhsullarının çox istifadə edilməsi, yağlı qidaların çox yeyilməsi, alkoqollu içkilərin digər aylara nisbətən çox qəbulu mədə-bağırsaq xəstəliklərin kəskinləşməsinə səbəb olur. Həmçinin payız, qış aylarında allergik xəstəliklər də özünü göstərir. Misal olaraq mədə-bağırsaq, autoimmun kron xəstəlikləri daha intensiv şəkildə üzə çıxır”.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır