Biofizika İnstitutunda qarşıda duran vəzifələr müzakirə olunub
16.01.2023 10:52

Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, iclası müəssisənin baş direktoru, Elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq gündəlikdəki məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.

 

Əvvəlcə 2023-cü ildə elmi müəssisənin qarşısında duran vəzifələrə dair fikir mübadiləsi aparılıb. Məsələ ilə bağlı çıxış edən O.Qasımov görüləcək işləri və qarşıdakı hədəfləri açıqlayıb, elmi-tədqiqat işlərinin prioritet istiqamətlər üzrə həyata keçirilməsini davam etdirmək üçün laboratoriya rəhbərlərinə müvafiq tövsiyələrini çatdırıb.

 

Sonra Biofizika İnstitutunun 2023-cü il üçün tədqiqat işlərinin əhatəli planı, nəzdindəki laboratoriyaların iş proqramları, eləcə də institutun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) illik fəaliyyət planı müzakirə olunaraq təsdiq edilib.

 

Bundan başqa, iclasda şura üzvlərinə institutda “Biofizika” ixtisası üzrə təhsil alan magistrantların 2022/23-cü tədris ilinin qış imtahan sessiyasının təşkili və gedişatı barədə məlumat verilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır