İlik donorluğu həyat xilas edir
13.01.2023 16:59

Hər il minlərlə insan sümük iliyi transplantasiyasını gözləyir. Nə qədər çox donor olsa, onların sağ qalma şansı bir o qədər çox olar. Bəs, qan vermək qədər asan olan sümük iliyi transplantasiyası necə həyata keçirilir? 

 

Türkiyədə 7 yaşlı Əlif Kolbaşına 4 il əvvəl irsi anemiya, yəni sümük iliyi çatışmazlığı diaqnozu qoyulub. Qızcığaz sağalmaq üçün illərdir uyğun iliyin tapılmasını gözləyir. Ailəsinin narahatlığı isə günü-gündən artır. Əlif kimi yüzlərlə insan gözləmə siyahısındadır. 

 

Aztibb.az trthaber.com-a istinadən xəbər verir ki, qan bağışlamaq onların sağ qalma şansını artırır. 

 

Onların yaşamaq üçün yeganə ümidi donorlardır. İlik donorluğu çox asan bir prosesdir. Qızıl Ayparaya veriləcək müəyyən miqdar qan sayəsində donor sistemə daxil edilir. 

 

Peyvənd edildikdən sonra donorun qanından kök hüceyrələr alınır 

 

İlik donorluğu yalnız peyvənd və qanvermə formasında həyata keçirilir. Əvvəlcə donor müayinə olunur. Proses qısa vaxt tələb edir Kök hüceyrələr peyvənddən bir və ya iki gün sonra toplanır. Toplama prosesi 3-5 saat arasında davam edir. Donordan alınan qan aparatdan keçirilir, kök hüceyrələr ayrılır, sonra qalan qan yenidən donora verilir. Qısa bir prosedurdan sonra toplanan kök hüceyrələr gözləyən xəstəyə köçürülərək həyatını xilas edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır