Xroniki böyrək xəstələrində müşahidə olunan dəri problemlərinin e v şəraitində MÜALİCƏSİ
13.01.2023 10:12

Həkim-nefroloq Barat Yusubov xroniki böyrək xəstələrində müşahidə olunan dəri problemlərinin  ev şəraitində müalicəsi üsullarını təqdim edib.

 

Aztibb.az həmin müalicə növlərini təqdim edir:

 

1. Dəridə quruluğu artıran və dərinin həssaslığını oyadan faktorlardan uzaq olmaq;

Çox isti və ya çox soyuq mühitlərdən uzaq olmaq;
İlıq su ilə və qısa müddətli vanna qəbul etmək və yuyunmaq;
Dərini daha az qurudan sabunlardan istifadə etmək ( Dove, Sebamed, Neutrogena, Eubos).

 

2. Nəmləndirici və yumuşaldıcı kremlərdən istifadə etmək (çimdiyiniz zaman və duş qəbulundan sonra).

Bu məqsəqlə törə və laktik turşu tərkibli nəmləndiricilər yararlı ola bilər. Xüsusilə də çimdikdən sonra nəmli dəriyə çəkilən bu vasitələr nəmi dəriyə hopdurma qabiliyyətinə malik olur. Bu məqsədlə istifadə olunan nəmləndiricilər:
Salmandol ( vanna üçün tibbi yağ );
Nutraplus 10% losyon;
Exsipial Hydro 2% emulsiya və s.

Bu vasitələr yalnız həkim göstərişi əsasında istifadə edilməlidir.

 

3. Günəşdən qorunma: Günəşdən dərini qorumaq üçün buna uyğun geyimlər, və gündən qoruyucu vasitələr seçilməlidir.

 

4. Tez-tez özünü (dərini) müayinə etmək mütləqdir: Dəridə əmələ gələ biləcək infeksiya, allergik reaksiyalar və dəri xərçənginin erkən təyini çox vacibdir. Bu səbəblə dəridə hər hansı bir problem aşkarladıqda mütləq həkimə müraciət edilməlidir. 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır