Kardioloq Sahib Məmmədov - Həkimlərimizi tanıyaq!
12.01.2023 22:22

Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda, xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.

 

"Həkimlərimizi tanıyaq!" rubrikamızda söz açacağımız Sahib Məmmədov Şirvanın sevilən-seçilən həkimlərindən biridir.

 

O, 30 iyun 1969-cu il Sahib Məmmədov Ağcabədi rayonunda anadan olub. 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub, 1993-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1993-1994-cü illərdə Bakı şəhəri 1nömrəli Xəstəxanasının funksional diaqnostika şöbəsində internatura keçib.

 

Sahib Məmmədov 1994-cü ildə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həkim-kardioloq vəzifəsində çalışıb. Yanaşı olaraq, 1994-1998-ci illərdə Şirvan şəhər Təcili Tibbi Yardım Stasiyasında həkim-kardioloq işləyib.

 

Həkimlik fəaliyyəti dövründə Azərbaycanda və Avropa ölkələrində müxtəlif ixtisasartırma kurslarında, elmi konqres və konfranslarda iştirak edib.


O, 24 iyun 2019-cu ildə Həkimlərin Sertifikasiya Şəhadətnaməsindən keçib.

2010-cui ildə 1 saylı Terapiya şöbəsində həkim kardioloq işləyib. 04.01.2021-ci ildən Terapiya şöbəsinin həkim kardioloq kimi fəaliyyətini davam etdirir.

 

Sahib həkim əsasən ürək-damar sistemi xəstəliklərinin (Ürəyin işemik xəstəliyi, Arterial Hipertoniya) və yanaşı gedən xəstəliklərin müayinə və müalicəsi ilə məşğul olur.
O, Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardiologiya Cəmiyyətinin, Türkiyə Kardiologiya Dərnəyinin üzvüdür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır