ATU-nun Tələbə Həmkarlar Komitəsi uşaqlar üçün xeyriyyə tədbiri keçirib
12.01.2023 14:56

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. İl ərzində Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və digər qurumlar tərəfindən müxtəlif xarakterli sosial dəstək tədbirlərinin və xeyriyyə aksiyalarının keçirilməsi planlaşdırılır.

 

Aztibb.az xəbər verir ki, bu gün “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Tibb Universiteti və ATU-nun Tələbə Həmkarlar Komitəsinin ilk tədbiri keçirilib. ATU nümayəndə heyəti və tələbələr Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət diblər. Xeyriyyə tədbiri zamanı mərkəzdə müalicə alan uşaqlar üçün yeni il əyləncələri təşkil olunub, hədiyyələr təqdim edilib. Həmçinin Gənc Tamaşaçılar Teatrı tərəfindən balacalar üçün məşhur “Bremen musiqiçiləri” tamaşasının nümayişi təşkil olunub.

 

Qeyd edək ki, tədbirin təşkilində Səhiyyə Nazirliyinin Həmkarlar Komitəsi, ATU rəhbərliyi yaxından iştirak edib. ATU-nun Tələbə Həmkarlar Komitəsinin sədri Qoşqar İsmayılov tədbirin təşkilində yaxından iştirak edən və uşaqların dəstək olan Gənc Tamaşaçılar Teatrının heyətinə də təşəkkürünü bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib