Qripə kütləvi yoluxma səbəbindən Azərbaycan çempionatında daha bir oyun təxirə salınıb
12.01.2023 14:15

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının II turunda bu gün keçirilməli olan “Neftçi” - “Xarı bülbül” oyunu təxirə salınıb.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, buna “Neftçi”nin müraciəti səbəb olub.

 

Müraciətdə komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar oyunun təxirə salınması xahiş olunub. Bildirilib ki, komandanın əksər oyunçuları hazırda ölkəmizdə geniş yayılmış qrip virusundan və yüksək hərarətdən əziyyət çəkirlər. Onlar artıq bir neçə gündür ki, məşqlərdə də iştirak edə bilmirlər.

 

Federasiya vəziyyəti nəzərə alaraq bu gün saat 16:00-da keçirilməsi nəzərdə tutulan “Neftçi” - “Xarı bülbül” oyununu təxirə salıb. Həmin matçın keçiriləcəyi tarixlə bağlı yaxın günlərdə məlumat veriləcək.

 

Nəticədə bu gün yalnız MOİK - "Murov" qarşılaşması baş tutacaq. Oyun saat 16:00-da start götürəcək və "CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, bir gün öncə qadın voleybolçular arasında keçirilməli olan “Murov” – UNEC görüşü də analoji səbəbdən təxirə salınıb.

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır