Bir həftə ərzində dünyada koronavirusa yoluxma hallarının 9 faiz azalıb - ÜST  
12.01.2023 11:19

Yanvarın 2-dən 8-dək 2,9 milyona yaxın insan koronavirus infeksiyasına yoluxub, 11 mindən çox insan dünyasını dəyişib. Əvvəlki 7 günlə müqayisədə yoluxmaların sayı 9 faiz, ölənlərin sayı isə 12 faiz azalıb.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

Məlumata əsasən, dünyada bir həftə ərzində 2 898 131 yoluxma, 11 134 ölüm halı qeydə alınıb. Yaponiyada son 7 gündə ən çox yoluxma qeydə alınıb - 1 070 496. Ondan sonra ABŞ (462 944), Koreya Respublikası (403 800), Çin (204 609) və Braziliya (145 933) gəlir. Bir həftə ərzində ən çox ölüm hadisəsi ABŞ-da 2,695, daha sonra Yaponiya (2,149), Braziliya (926), Çin (722) və Fransada (621) qeydə alınıb.

 

Əvvəlki 7 günlə müqayisədə (dekabrın 26-dan yanvarın 1-dək) yoluxma halların artması Qərbi Sakit okean regionunda (1 faiz artım) qeyd edilib. Lakin Avropada 36 faiz, Cənub-Şərqi Asiyada (SEA) 27 faiz, Afrikada 23 faiz, Amerikada 7 faiz, Şərqi Aralıq dənizində 1 faiz azalıb.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb