Çox miqdarda şirniyyat istifadəsi qadınlarda onkoloji problemlərə səbəb olur - Həkim
10.01.2023 10:40

Şirniyyatın istifadəsi onkoloji xəstəliklərin yaranmasına təsir edən əsas xarici amillərdən biridir.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, bu barədə həkim-onkoloq Anton İlyin onkoloji xəstəliklərin səbəbləri haqqında danışarkən bildirib.

 

Həkim qeyd edib ki, insan xərçəngin bir çox səbəblərinə nəzarət edə bilər. Mütəxəssis bildirib ki, onkoloji riski xüsusilə əhəmiyyətli edən xarici amillər mövcuddur. Onların hər biri müxtəlif dərəcədə zərərli vərdişlərlə bağlıdır. Bu amillərə nəzarət etmək öz həyat tərzinə nəzarət etmək deməkdir.

 

"Xarici amillərə zərərli vərdişlər (siqaret çəkmə, yağdan sui-istifadə, qızardılmış, hisə verilmiş qida və şirinyyatlardan istifadə) daxildir. Bundan başqa, bu amillər sırasına az hərəkətli həyat tərzini, zərərli istehsalat müəssisəsində işi, qoruyucusuz açıq Günəş altında uzun müddətli qalmanı, həmçinin nizamsız cinsi həyatı da əlavə etmək olar", - deyə həkim bildirib.

 

Həkimin sözlərinə qadınlarda xərçəngin yaranması şəkərli diabet, hipertoniya, piylənmə kimi xəstəliklərin mövcudluğu ilə bağlı olur. Şişlərin yaranmasına həkimin təyinatı olmadan hormonal vasitələrin qəbulu da tezləşdirə bilər.

 

O, əlavə edib ki, qadınlarda menopauzanın gec başlaması da həmçinin riskin amilləri sırasındadır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır