Mərkəzi Gömrük Hospitalında bir testlə COVID-19, İnfuenza A/B virusları 20 dəqiqə ərzində müəyyən edilir – Müsahibə
10.01.2023 09:56

Son zamanlar mövsümlə əlaqədar əhali arasında kəskin respirator xəstəliklər artmaqdadır. Vaxtında müalicəyə başlamaq üçün xəstəliyin diferensasiyasını müəyyən etmək olduqca vacibdir. Bu səbəbdən Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyasında COVID-19, İnfluenza A və İnfuenza B sürətli kombo antigen testi tətbiq edilməyə başlayıb.

 

Aztibb.az xəbər verir ki,  Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyasının həkim-laborantı Naibə Əliyeva bu test barədə ətraflı məlumat verib.

 

Naibə həkim, Tibbi Laboratoriyada ekspress testi barədə məlumat verərdiniz.

 

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasında COVİD-19, İnfuenza A və İnfluenza B viruslarını ekspress test ilə 20 dəqiqə ərzində təyin edilir. Bir ekpress test ilə 3 virusun COVİD-19, İnfuenza A və İnfluenza B viruslarının antigenləri təsbit olunur. Nəticədə bu xəstəliklərin diaqnostikası və diferensasiyası asanlaşır. Türkiyəninn Genomer şirkətininn istehsalı olan sürətli kombo antigen testidir. İş prinsipi immunoxromotoqrafiyaya əsaslanır. Test virusları dəqiqliklə təyin edir. Testin nəticəsi 20 dəq hazır olduğunu nəzərə alsaq, bu müalicə həkimlərinə vaxtında, düzgün müalicəyə başlamaq üçün böyük yardımçı olur.

 

Hansı hallarda ekspress testdən keçmək lazımdır?

 

Qızdırma, yorğunluq hissi, quru öskürək, burun tutulması, əzələ ağrısı, boğaz ağrısı, ishal kimi simptomları olanların bu testi verməsi məsləhətdir. Test böyüklərdə xəstəliyin ilk 14 günü, uşaqlarda 3-7 günündə verilməlidir. Pasiyentlərdən nümunə kimi nazofarengial (burun) və ya orofarengial (boğaz) sürüntü götürülür.

 

Mərkəzi Gömrük Hospitalında ekspress testindən hansı saatlarda keçmək olar olar?

 

Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyasında 7/24 saat rejimində testdən keçmək mümkündür. Testin preanalitik mərhələ üçün xüsusi göstərişləri yoxdur. Pasiyent qida qəbulundan öncə və ya sonra fərq etmədən istənilən saatda bu testi verə bilər. Pasiyentin özünün bu testi etməsi düzgün deyil. Belə ki, zəif götürülmüş nümunə nəticəyə təsir göstərə bilər. Materialın götürülməsi proseduru mütləq tibb işçisi tərəfindən həyata keçirilməlidir. Dəqiq təyin edilmiş nəticə xəstəliyin erkən mərhələdə müəyyən etməyə, düzgün müalicə taktikasını seçməyə və ağırlaşmaların qarşısını almağa imkan verir.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub