Vaxtından əvvəl dünyaya gələn üçəmlər ailəsi ilə birlikdə evə yola salınıb - ETMGİ
09.01.2023 19:49

Spontan baş vermiş üçəm hamiləlik ilə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna (ETMGİ) müraciət edən qadın II Mamalıq şöbəsinin müdiri Tənzilə Əliyevanın daim nəzarətində olub. Uşaqlıq boynu çatışmazlığı diaqnozu ilə II trimestrdə müvafiq müalicələr təyin olunan pasiyentə servikal tikiş qoyulub.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, riskli keçən period 34-cü həftəyə qədər çatdırılıb. Hamiləliyin 34-cü həftəsində dölyanı mayenin vaxtından əvvəl axması ilə təcili şəkildə T.Əliyeva tərəfindən qeysəriyyə kəsiyi icra edilib.

 

Əməliyyatdan öncə respirator distres sindromunun profilaktikası məqsədilə görülən tədbirlər öz nəticəsini verib, vaxtından əvvəl dünyaya gəlmələrinə baxmayaraq üçəmlərə heç bir reanimasion tədbirin icra olunmasına ehtiyac olmayıb.

 

İki qız, bir oğlan olan körpələr sağlam şəkildə ailələri ilə birlikdə evə yola salınıblar.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib