Alimlər beynin dördüncü təbəqəsi olduğunu aşkar ediblər
09.01.2023 16:45

Artıq uzun müddətdir məlumdur ki, baş və onurğa beynini üç membran əhatə edir. Ancaq neyrofizioloqlar bu yaxınlarda daha biri membranın olduğunu müəyyən ediblər. Bu təbəqə bel mayesinin filtrasiyasında iştirak edir və immun hüceyrələrinin toplanması üçün "depo" rolunu oynayır. Onun zədələnməsi isə mərkəzi sinir sistemi xəstəliklərinin inkişafına gətirib çıxara bilər.

 

Aztibb.az naked-science.ru-ya istinadla xəbər verir ki, bu barədə Kopenhagen Universitetinin professoru Kellya Myolqardın rəhbərliyi altında Böyük Britaniyadan və Danimarkadan olan alimlərin "Science" jurnalında dərc edilmiş məqaləsində məlumat verilir.

 

Alimlər yeni təbəqəni "subaraxnoidal limfayabənzər membran" (SLYM, Subarachnoidal LYmphatic-like Membrane) adlandırıblar.

 

Əsas tədqiqatlar siçanlar üzərində aparılsa, da bu membranın mövcudluğunun təsdiqi insanlar üzərində olub.

 

SLYM bir çox daxili orqanları əhatə edən təbəqəyə bənzər membrandır. O, bir neçə hüceyrə qalınlığı qədər nazik və sıxdır. Bu membran hətta xırda molekulları belə filtrasiya etməyə imkan verir və beyini kənar maddələrdən yuyaraq "təmiz" bel mayesini ayırır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır