Böyük Britaniyanın səhiyyə sistemi çökmək üzrədir
09.01.2023 13:43

İngiltərədə xəstələrin təcili yardım gözləməsi və təcili yardım xidmətlərində gözləmə müddəti rekord səviyyəyə çatıb, səhiyyə sistemi isə xəstəxanalarda doluluq nisbəti ilə indiyə qədər "ən çətin qışı" yaşayır.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadən xəbər verir ki, rutin müalicə gözləyən xəstələrin sayının 7 milyonu keçdiyi Böyük Britaniyada qış aylarında artan COVID-19 və qrip epidemiyası uzun müddətdir təzyiq altında olan səhiyyə sistemində ciddi təhlükə yaradıb. Həmçinin 15-20 saat davam edən fövqəladə hallarda xəstələrin təcili yardım xidmətini uzun müddət gözləməsi səhiyyə sistemindəki böhranı üzə çıxarıb. 2022-ci ilin noyabr ayında 37 837 xəstə 12 saatdan çox təcili yardım otağında gözləyib. 

 

Xəstəxanalardakı 8 çarpayıdan 1-ində hazırda COVID-19 və qrip xəstələri müalicə olunur.

 

Ölkənin səhiyyə sisteminin nüfuzlu həkimləri baş nazir Rişi Sunakı parlamentin Milad bayramına son qoymağa və səhiyyə sistemindəki böhranla bağlı “təcili iclas” keçirməyə çağırıblar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib