"Həkimlərimizi tanıyaq!" - Nefroloq Rəvanə Adıgözəlova
07.01.2023 15:14

Səhiyyəmizin inkişafı, ilk növbədə, peşəkar mütəxəssislərdən - həkimlərdən və digər tibb işçilərindən aslıdır.

Ən dəyərli nemət olan sağlamlığın keşiyində duran həkimlərimizdən biri də Rəvanə Adıgözəlovadır.

 

"Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Rəvanə Məhəmməd qızı Adıgözəlova mənalı həyatını bütünlüklə şərəfli işinə, müqəddəs peşəsinə, insanların problemlərinə və sağlamlığına həsr edib.


O, 17 iyun 1971-ci ildə Quba rayonunda anadan olub. 1988-1990-ci illərdə Bakı şəhər 2 nömrəli Baza tibb kollecində, daha sonra isə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə profilaktika fakültəsində təhsil alıb. 1996-1997-ci illərdə Bakı şəhəri 4 nömrəli Klinik Xəstəxanada internatura keçib.

 

Əmək fəaliyyətinə 1997-ci ildən Quba Rayon Mərkəzi Xəstəxanasının Doğum evinin Reanimasiya şöbəsində həkim-reanimatoloq kimi başlayıb. 2001-2002-ci illərdə Quba rayonu Vladimirovka kənd Sağlamlıq Mərkəzində terapevt, 2002-2010-cu illərdə Quba MDM Hemodializ şöbəsində nefroloq işləyib.

 

Rəvanə Adıgözəlova hazırda Quba Rayon Mərkəzi Xəstəxanasında həkim-nefroloq kimi fəaliyyətini davam etdirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır