Saxta spirtli içkilərin satışının qarşısı alınıb
06.01.2023 14:50

Gəncə şəhəri, Sadıllı qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Cəlilova Bənzər Şəmsəddin qızına məxsus “Kəmalə” marketdə Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

 

Aztibb.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən bildiriblər ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud surətdə pozulduğu məlum olub. Belə ki, marketdə üzərində istehsal tarixi qeyd olunmayan 68 ədəd 0.7 ml-lik “Zakaznaya”, 18 ədəd 0.5 ml-lik “Leopard”, 6 ədəd 0.7 ml-lik “Leopard”, 5 ədəd 0.5 ml-lik “Naturalnaya”, 3 ədəd 0.7 ml-lik “Himalay ayısı”, 1 ədəd 0.5 ml-lik “Moskovskie veçera”, 1 ədəd 0.7 ml-lik “Qaraçanaq”, 2 ədəd 1 l-lik “Quseynoff” əmtəə nişanlı orqanik alkoqollu içkilərin, həmçinin 85 ədəd 1.75 l-lik “Ağsu damcısı” əmtəə nişanlı alkoqollu içkinin satışının həyata keçirildiyi aşkar edilib.

 

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində 5 nümunənin tərkibində tündlülüyün (“Naturalnaya” 31,6% , “Leopard” 31,3%, “Himalay ayısı” 31,7%, “Ağsu damcısı” 32,8% , “Zakaznaya” 31,6%), eyni zamanda “Ağsu damcısı” əmtəə nişanlı alkoqollu içkidə metil spirtinin həcm payının (0.03%) müvafiq normativ tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilib. Qeyd olunanlarla yanaşı alkoqollu içkilərin etiket məlumatlarındakı müvafiq göstəricilər arasında da uyğunsuzluğun olması müəyyən edilib.

 

Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib.

 

AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib