Oğuzda şəhid ailələri ziyarət edilib    
06.01.2023 10:48

Oğuz Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin təşkilatçılığı ilə Oğuz rayonunda olan şəhid ailələri ziyarət edilir.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarından keçərək bizə qələbəni bəxş edən, özləri şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidlərinin ailələrinə mənəvi dəstək olmaq üçün xəstəxananın SİHİ-nın sədri Qorxmaz Hümmətli və müharibə iştirakçıları ilə iş üzrə mütəxəsisi İlyas Afiyev şəhid Fərid Zaməddinovun ailəsinə baş çəkiblər.

 

Ziyarət zamanı şəhidin ailə üzvlərilə söhbət aparılaraq Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin qisasının alındığını və düşmənə layiqli cavab verildiyini qeyd edilib. Bildirilib ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də  xalqımızın qürur yeridir.

 

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş Fərid Zaməddinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən ağır döyüşlərdə vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. O, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır