Türk həkim Dünya Qastroenterologiya Cəmiyyətinin mükafatına layiq görülüb
05.01.2023 16:55

Dünya Qastroenterologiya Cəmiyyəti (WGO) tərəfindən verilən "Master of WGO" mükafatının qalibi Acıbadem Universiteti Tibb fakültəsi Qastroenterologiya kafedrasının müəllimi, professor Ayşe Nurdan Tözün olub.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, o, dərnəyin Avropa regionunu təmsil edərək bu mükafatı alan ilk türk və ilk türk qadın həkim olub.

 

Acıbadem Universitetindən verilən açıqlamada bildirilib ki, dərnəyin “Master of WGO” mükafatı həzm sistemi xəstəliklərinin qarşısının alınması, müalicə kitabçalarının nəşri və qastroenterologiya ixtisası üzrə təhsil sahəsində mühüm xidmətləri olan şəxslərə verilir. Ayşe Nurdan Tözün qastroenterologiya sahəsində orijinal elmi araşdırmalarına, təhsilə verdiyi dəstəyə və dərnəyin missiyasına uyğun olaraq bu mükafata layiq görülüb.

 

Mükafat türkiyəli professora Dubayda keçirilən “Dünya Qastroenterologiya Konqresi”nin açılış mərasimində dərnəyin keçmiş prezidenti, prof. Naima Lahbabi Amrani tərəfindən təqdim olunub.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
AMEA-da elmi konfrans: “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” 
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib