Zamirə Ədilova TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri təyin olunub
05.01.2023 16:21

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) strukturunda İctimaiyyətlə əlaqələr və marketinq departamenti yaradılıb. 

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, qurumun İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə yeni yaradılan departamentin rəhbəri vəzifəsinə Zamirə Ədilova təyin olunub. O, bu təyinatadək TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri idi.

 

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Zamirə Ədilova uzun müddət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İctimaiyyətlə əlaqələr üzrə menecer, SOCAR-ın Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. 

Səmərəli fəaliyyətinə görə dəfələrlə "Fəxri fərman” və "Təşəkkürnamə” ilə təltif olunub. Bir çox jurnalist müsabiqəsinin qalibi, ictimaiyyətlə əlaqələr, risk kommunikasiyası, idarəetmə üzrə təlimlərin iştirakçısı, 100-dən çox publisistik, 1 elmi məqalənin müəllifidir.

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib