Sağlam qidalanmaqla öd daşı xəstəliyinin əmələ gəlməsinin qarşısını almaq olar - Həkim
05.01.2023 15:23
Əsrimizin geniş yayılmış xəstəliklərindən biri də öd daşı xəstəliyidir. Öd daşı xəstəliyini hətta mədə-bağırsaq xorası, ürək xəstəlikləri ilə bir sıraya qoymaq olar. Demək olar ki, herontoloji pasiyentlərin 70%-i öd kisəsinin sancılarından əziyyət çəkirlər və bu pasiyentlərin əksəriyyəti qadınlardır. Pasiyentlər çox vaxt bu problemlə rastlaşdıqda həkimə müraciət etmirlər. Ancaq bilmək lazımdır ki, bu xəstəliyin fəsadları ağır olur.
Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimi, ümumi cərrah Qnyaz Yusifli məlumat verib.
Həkim bildirib ki, xəstəlik tədricən inkişaf edir, az hərəkətli həyat tərzi, çox yağlı qida, vaxtsız qidalanma öd durğunluğuna səbəb olur. Çox hallarda irsi faktor, öd yollarının bitişməsində öd daşı xəstəliyini əmələ gətirir.
Q.Yusiflinin sözlərinə görə, öd daşı xəstəliyi səhərlər uzun müddət ağızda acılıq, yeməkdən sonra sağ qabırğaaltı nahiyədə sızıldayan ağrı və s. simptomlarla özünü büruzə verir. Xəstələr bu kiçik narahatlıqlara əhəmiyyət vermədən yağlı, acılı, qızardılmış yeməkdən yeyirlər və belə həyat tərzinin nəticəsi də sonrakı dövrlərdə xəstəliyin daha ağır mərhələyə keçməsi, sağ tərəfli ağrıların güclənməsi, ağrının kürək nahiyəsinə irradiyasiya etməsi müşahidə olunur.
"Bəzən xəstələr ağrı simptomlarını ürək ağrıları ilə səhv salırlar. Çünki yayılmış ağrılar sol tərəfə meyilli olurlar. İltihabi proses aktivləşdikcə pasiyentdə temperaturun artması, qusma, köp, titrəmə əlamətləri də müşahidə edilir. Pasiyentlərin qarın nahiyəsini ilk müayinəsi zamanı qaraciyər və diafraqmal hissədə güclü ağrının olmasını təyin edilir. Öd sancılarının uzun müddətli olması kəskin xolesistit əlamətlərinə gətirib çıxara bilər və belə halda xəstələri əməliyyat etmək gərəkdir".
Həkim qeyd edib ki, belə xəstələrə ev şəraitində ilk yardım göstərdikdə, öncə xəstəni yatağa uzadılmalı, sağ qabırğaaltı nahiyəyə soyuq qoymalı ki, ağrı simptomu azalsın, həmçinin ağrıkəsici preparatlar verilməlidir. Əgər bu yardımdan sonra da ağrılar keçməzsə o zaman pasiyent xəstəxanaya çatdırılmalı və lazım gəldikdə əməliyyat olunmalıdır.
"Pasiyentlərə tövsiyə edirik ki, sağlam qidalandıqda, içkidən istifadə etmədikdə, hiperaktiv həyat tərzi keçirdikdə öd daşı xəstəliyinin əmələ gəlməsinin qarşısını almaq olar. Çünki düzgün qidalanma sağlam həyat tərzinin rəmzidir", - deyə Q.Yusifli əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26

