Ombudsman Aparatı: "Şəki Psixiatriya Xəstəxanasında işçi sayının az olduğu müəyyən edilib"
05.01.2023 15:21

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Şəki Rayon Psixiatriya Xəstəxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilən zaman orada işçi sayının az olduğu müəyyən edilib.

 

Aztibb.az "Report"a istinadla bildirir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

 

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, tibbi yardımın təşkili vəziyyəti, saxlanmanın qanuniliyini təsdiq edən sənədlərin və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin araşdırılması olub.

 

Başçəkmə zamanı xəstəxananın palatalarına, emalatxanaya, mətbəxə, yeməkxanalara, görüş otağına, ərzaq anbarına, sanitar qovşaqlara, gəzinti və idman meydançalarına baxış keçirilib. Nəticədə müəssisədə tibbi və yardımçı personalın sayının azlığı, sənədləşməyə aid çatışmazlıqlar müəyyən edilib.

 

Yekunda aşkar olunmuş və yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verilib, habelə psixiatriya müəssisələrində pasiyentlərin hüquqlarının qorunması və gələcəkdə onlara qarşı hər hansı pis rəftar hallarının baş verməsinin qarşısının alınması məqsədilə müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib