Ukraynada müharibədə 452 uşaq həlak olub
05.01.2023 12:32

Rusiyanın Ukraynaya hücumunun nəticəsi olaraq 452 uşaq dünyasını dəyişib, 877 uşaq isə yaralanıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti bildirib.

 

Yerlərdəki prokurorluq orqanlarından alınan məlumatlara görə, müharibə nəticəsində ən çox uşaq Donetsk vilayətində xəsarət alıb – 429 nəfər. Xarkov vilayətində 268, Kiyev vilayətində 117 uşaq xəsarət alıb. Digər vilayətlərdə də müxtəlif sayda xəsarət alan uşaqların olduğu bildirilib.

 

Həmçinin qeyd olunub ki, əldə olunan məlumatlar dəqiq deyil, belə ki, hazırda hərbi əməliyyatlar gedən yerlərdə məlumatların toplanması davam edir.

 

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərbi əməliyyatları nəticəsində 3126 təhsil müəssisəsi ziyan görüb ki, onların 337-si tamamilə dağıdılıb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub