Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun şöbə müdiri Şamxal Zeynalov vəfat edib
05.01.2023 12:18

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Vivarium şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Şamxal Zeynalov dünyasını dəyişib.

 

Aztibb.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 62 yaşında vəfat edib.

 

Şamxal Zeynalov 1980-1986-ci illərdə Rusiya Federasiyası Kirov vilayətinin Kirov şəhər Kənd Təsərüffatı İnstitutunun Mühəndis-zootexnik fakültəsində təhsil almışdı. 1994-cu ildə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun İnfeksion xəstəliklərin diaqnostika və profilaktikası və müalicəsi laboratoriyasında kiçik elmi işçi, 2008-ci ildə Malyariya və leyşmaniozlar laboratoriyasında böyük elmi işçi, 2010-ci ildə Bakterial mənşəli və bağırsaq infeksiyaları laboratoriyasına böyük elmi işçi, 2011-ci ildə isə baş elmi işçi vəzifələrində çalışmışdı. 2022-ci ildən V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutununun Vivarium şöbəsinin müdiri idi.

 

O, 2005-ci ildə “Elektromaqnit sahəsinin orqanizmin eksperimental salmonelyoz infeksiyasına qarşı müqavimətinə təsirinin öyrənilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdı. 2010-cu ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdü. Şamxal Zeynalov 40 elmi işin, 1 metodik tövsiyyənin və 1 ixtiranın həmmüəllifi idi. 

 

Allah rəhmət eləsin!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib